Yunan-Roma güləşçisi Həsənli Xasay U-23 Avropa çempionu oldu - FOTO + VİDEO

08 Mrt 2022 21:15
355

Yunan-Roma güləşçisi Həsənli Xasay Faiq oğlu U-23 Avropa çempionu oldu.

Ambur.az-ın xəbərinə, yunan-Roma güləşçisi Həsənli Xasay Faiq oğlu Bolqarıstanın Plovdiv şəhərində keçirilən yarışda 77 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək U-23 Avropa çempionu olub.

İlk oyunu Bolqarıstanlı rəqibi ilə başlayıb və 9-0 hesabı ilə qalib gəlib. Sonra rəqibi macarıstanlı güləşçi olub və 7-0 hesabı ilə qalib gəlib. Daha sonra isə rəqibi serbiyalı güləşçi olub və 5-1 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. Finalda oyunu gürcüstanlı rəqibi ilə baş tutub və 10-0 hesabı ilə qalib gələrək, U-23 Avropa çempionu olub.

Qeyd edək ki, Xasay Faiq oğlu Həsənli 12 yanvar 2002-ci ildə Lənkəran rayonunun Böyük Bazar məhəlləsində anadan olub. 

Beləliklə, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatına 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başlayıblar. "Klassiklər"dən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medala sahib çıxıb. 

Fotodakı Həsənli Xasay

Oxşar xəbərlər