Yusif Rəhimi: AHU-VAY- Qəzəl

26 Yan 2021 14:28
53

Yenə soxmuş başını torpağa xəlvət, mən ölüm, 
Nanəciblər buna çoxdan çəkir həsrət, mən ölüm. 


Bilmədin aylığını xərcləyəsən hansı yönə, 
Gah ora, gah da, bura eylədin hicrət, mən ölüm. 


Oturub bir divarın küncü yaman dar görünür, 
Bənzəyir sufilərin halına halət,mən ölüm. 


Qıyma sən canə nə badə ölümün çox da baha, 
Ver ginən əlbəsaat mollaya rüşvət, mən ölüm. 


Qaça-qaçdır bu saat sərhədə insan tıxılıb, 
Kimi aşkar yol alıb, kimsə də əlbət, mən ölüm. 


Qalmayıbdır neçə baş boynu vurulmuş piyonuq, 
Çəkir insan bir ömür min bir əziyyət, mən ölüm. 


Ta əzəldən var olub dildə şüarım ya Əli! 
Vermədin heç bi zaman düşmənə fürsət, mən ölüm. 


Dilim onsuzda itir mən də itim it-bat olum, 
Yusifin vardı sözündə neçə hikmət, mən ölüm. 

               Yusif RƏHİMİ_25.01.2020

Oxşar xəbərlər