Yusif Rəhimi-Atam Talış, anam Talış, mən kiməm!?

06 Avq 2020 10:06
73

Sözüm gözəl, adım əzəl, dağam mən,

Ölməmişəm, yaşayıram, sağam mən,

Alnım açıq, sözüm bütöv, ağam mən,

Tarixlərin başlandığı naziməm,

Atam Talış, anam Talış, mən kiməm!?

 

Kadusiyəm, Gilaniyəm, Həştpərəm,

Lerik mənəm, Mosuləyəm, govhərəm,

Babək mənəm, Həzi mənəm, yavərəm,

Döyüşlərdə, qəhrəmanam, saliməm,

Atam Talış, anam Talış, mən kiməm?

 

Masallı mən, Lerik mənəm, mənəm xan,

Az Lankonim, Varqədızim, con ğıbon,

Tarixlərdən yol edərək verib can,

İsmayıldan gəlir gücüm, tilsiməm,

Atam Talış, anam Talış, mən kiməm!?

 

Vaz ğələyəm, həm Çayrudam, həm Akon,

Hamoşamam, Miyanku mən, Bədəlon,

Boladi mən, Mədo mənəm, Xanalion,

Mən sizlərə qızıl kimi təqdiməm,

Atam Talış, anam Talış, mən kiməm!?

 

Xanəliyəm, Nasir mənəm, Camal mən,

Min ildir ki açılmayan sual mən,

İlk yaranan insanlara misal mən,

Yaranışın ilk gününə təqviməm,

Atam Talış, anam Talış, mən kiməm!?

                                                                                                                                    Yusif Rəhimi

Oxşar xəbərlər