Yusif Rəhimi-QƏZƏL

11 Avq 2020 20:33
39

Beyin itməkdədi nolub, yenə düz getmir işim.

Saqi zəhmət deyil ordan mənə süz getmir işim.

 

Əyilib işlərimiz, qovahqovun mərkəzi mən,

Elə hey zülmüdəyik daima biz, getmir işim.

 

Bu batıqlıqda mənim barmağımı yoxdu tutan,

Hərə söylər bir ağızdan belə üz, getmir işim.

 

Ömürün ilmələrin bəlkə özüm ilmələyim!?

Bir adam iynə verir, başqası biz, getmir işim.

 

Əyrilər yüz qazanır, min qazanıb milyon edir,

Sənsə Yusif belə olduqca təmiz, getmir işim..

 

                                                                                                                                   Yusif Rəhimi

Oxşar xəbərlər