Yusif Rəhimi-QƏZƏL

31 Yan 2021 07:16
221

Yenə düşdüm quru çöllərdə gəzirdim səni yar,
Məni etdin yenə tənhalığa tən, nazlı nigar.


Nə edim, bilmirəm heç yoxdu ki, bir, dərdə dəva,
Öz özümlə edirəm, yar düşün! hər dəfə dava,
Yox olur ömrü həyatım, ölürəm mən binəva, 
Mənə etdin bütün aləmləri qap qarə məzar. 


Baxışından, gülüşündən, sənə məcnun mən idim,
Kor idim, hər kəsə düşmən, sənə məftun mən idim,
Sənin hər bir sözünə, şövq ilə vurğun, mən idim,
Ama, çəkdin aramızdan necə sonsuz bi(r) divar.


Batır hər gün qəmə şair, ürəyi, qəlbi aram!? 
Soruşurlar səni məndən, var ona qəlbidə kam!?
Hər gecə göndərirəm, ruhum ilə yarə salam,
Çəkirəm, naleyi ah ilə bütün göylərə car.


Yusifin dərdi böyükdür, sözü dərdindən ağır,
Hər sətir yazdığı sözdən də ki, qəm qüssə yağır,
Ölürəm, son nəfəsimdir, mənə əğyari çağır,
Qoy mənim ömrümə doğsun yenə də tazə bahar.

                          Yusif RƏHİMİ_31.01.2021

Oxşar xəbərlər