Zakir Həsənovla İran Baş Qərargah rəisinin telefon danışığı olub

03 Okt 2022 19:43
299

Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Ambur.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
 

Oxşar xəbərlər