ZƏRDÜŞT DİNİNDƏ ƏXLAQ

08 Dek 2020 16:46
495

Zərdüştilik əxlaqı xeyirxah fikri, xeyirxah sözü, xeyirxah əməli nəzərdə tutur, səxavəti, doğruculuğu, arzu və istəklərdə mötədiliyi təbliğ edir, zülm və qanunsuzluqdan çəkinməyə çağırır. İnsan odun, suyun və torpağın təmizliyini qorumalıdır. Yeni din -Mazdyasna(zərdüştlük) nəinki şərqdə qələbə çalır, həm də qərbdə yayılır. Bu, dünyanın ən qədim dini idi. İlk dövlət dini kimi o, sonralar yaranmış dinlərin -İudaizmin, Xristianlığın, Müsəlmanlığın və Buddizmin inkişafına əhəmiyyətli təsir göstərdi. Sonradan zorla müsəlmanlaşdırılan zərdüştilər Azərbaycanı bu dinin və Zərdüştün vətəni hesab edirdilər. 
Zərdüşt peyğəmbər buyururdu: "Yaxşı düşün, yaxşı danış, yaxşı əməl et"    

                                                          Vüqar Mirzəzadə, Rəzzaq Xansıvo
                                                        "Qədim Həmat Tarixdə" səh 225-243. 

Oxşar xəbərlər