ZƏRDÜŞT PEYĞƏMBƏRİN TƏLİMİ

08 Dek 2020 13:51
1293

Zərdüştün təlimi oturaq heyvandarlığı və əkinçiliyi müdafiə edirdi. Bu təlim təkallahlığı irəli sürür və dünyada iki əbədi başlanğıcı -Xeyir və Şər arasında daimi mübarizənin getdiyini təbliq edirdi. Bu təlimə görə insan ömrünün mənası Əhrimənlə mübarizədə Ahura Mazdaya kömək göstərməktir. Son nəticədə Ahura Mazda çalmalı və şəri yer üzündən biryolluq silməlidir. Zərdüştilik əxlaqı xeyirxah fikri, xeyirxah sözü, xeyirxah əməli nəzərdə tutur, səxanəti, doğruculluğu, arzu və istəklərdə mötədilliyi təbliq edir, zülm və qanunsuzluqdan çəkinməyə çağırır. İnsan odun, suyun və torpağın təmizliyini qorumalıdır. Odu və torpağı meyitlərlə murdarlamaq olmaz. Buna görə də cəsədləri yüksəkliklərdəki daşlıq yerlərdə, yaxud belə yerləri xatırladan daxma(sükut qülləsi) adlı daş tikililərdə qoymaq lazımdı ki, qurd-quşa yem olsun. Sümüklər də torpağı murdarlamamaqdan ötrü xüsusi yerlərdə saxlanır. 
Zərdüştilərin təlimi onların müqəddəs kitablarda, daha doğrusu, müqəddəs kitablar toplusu "Avesta"-da istifadə olunub. Zərdüşti kahinləri belə bir fikir yayırdılar ki, guya həm "Qat"lar (kitabın daha qədim qismi), həm də o biri hissələr Zərdüşt tərəfindən Ahura Mazdadan nazil olmuş ilahi vəhy kimi yazılmışdır. Bu məqsədlə çox vaxt müqəddəs kitabın mətnlərinə "Ahira Mazda Zərdüştə belə buyurdu" ifadəsi də artırılırdı.
Zərdüşt peyğəmbər buyurur: "Nə üçün insanlar 10-20 min il bundan əvvəlki tariximizi bilmir?! "Özü də cavab verir: "Ona görə ki, müharibələr buna imkan vermir. Müharibələrdə qalib tərəf məğlub tərəfin bütün tarixi kitablarını və mədəniyyətini yandırıb məhv etməklə yanaşı, ananı oğuldan, arvadı ərindən, qardaşı bacıdan ayırır. Ona görə də hər yerdə müharibələrə son qoymaq lazımdır"...

                                                         Vüqar Mirzəzadə, Rəzzaq Xansıvo
                                                        "Qədim Həmat Tarix" səh 225-243.

Oxşar xəbərlər