Zimbabvedə hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

24 Apr 2021 07:21
283

Zimbabvenin Şərq Maşonalend əyalətində yerləşən Arkturun kəndində hərbi helikopter qəzaya uğrayıb.

Ambur.az Report-a istinadən xəbər verir ki, bu barədə “NewsLine” bildirib.

Qeyd edilir ki, qəza nəticəsində dörd nəfər həlak olub.

Zimbabvenin Hərbi Hava Qüvvələrinin komandanı Elson Moyo bildirib ki, hərbçilər hadisədən kədərləniblər.

Yayılan kadrlarda görünür ki, helikopter yerə düşən vaxt evi xarabalığa çevirib. Həlak olanlar arasında üç ekipaj üzvü və bir uşaq var.

Məlumata görə, Hərbi Hava Qüvvələri köhnəlmiş texnikadan dəfələrlə şikayət edib, ancaq ölkə Qərbin sanksiyalarına görə helikopter və təyyarələr ala bilmir.

Oxşar xəbərlər